11 may 2024 at 13:18
Jurnalist kodu: 5564
Xəbər kodu: 85473213
T T
0 Persons

Tags

Amerikalı tələbə etirazlarının 97 %-i dinc xarakter daşıyır

11 may 2024 at 13:18
Xəbər kodu: 85473213
Amerikalı tələbə etirazlarının 97 %-i dinc xarakter daşıyır

Tehran - İRNA - Amerika polis qüvvələri Qəzzada müharibəyə etiraz edən tələbələri ictimai asayişi pozmaq və dağıtmaq ittihamı ilə sıxışdırıb həbs etdiyi bir zamanda, müstəqil və qeyri-kommersiya mərkəzinin sorğusunun nəticələri göstərir ki, Amerikada Fələstin tərəfdarı olan tələbə etirazlarının demək olar ki, 97 %-i dinc xarakter daşıyır.

İngiltərənin The Guardian qəzeti bununla bağlı yazıb: Aprelin 18-dən mayın 3-dək ABŞ-da fələstinlilərlə həmrəylik məqsədilə keçirilən 553 tələbə etirazı hadisəsinin qiymətləndirilməsi və təhlili göstərir ki, onların 97 %-i ciddi ziyan vurmayıb. 

Bu statistika dünyada zorakılıq və siyasi etirazlara nəzarət edən müstəqil qeyri-kommersiya təşkilatı olan Silahlı Münaqişələrin Yeri və Hadisələrin Məlumatları Layihəsi (ACLD) tərəfindən dərc edilib. 

Bu təşkilatın sənədləri göstərir ki, qeyd olunan müddət ərzində polisin universitet nümayişçilərinə qarşı zor tətbiq etməklə ən azı 70 müdaxiləsi, o cümlədən etirazçıların həbsi və etirazçıları dağıtmaq üçün fiziki taktikaların tətbiqi, o cümlədən kimyəvi qazlardan və sair fiziki zorakılıq aktları qeydə alınıb.

Sizin rəyiniz

You are replying to: .